...

Azərbaycanda pestisid fabriki nə vaxt işə düşəcək?

İqtisadiyyat Materials 13 Aprel 2017 13:51 (UTC +04:00)
Pestisid fabrikinin tikintisi üzrə işlər avqust ayında başa çatacaq
Azərbaycanda pestisid fabriki nə vaxt işə düşəcək?

Bakı. Hüseyn Vəliyev - Trend:

Pestisid fabrikinin tikintisi üzrə işlər avqust ayında başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Gilan Holdinq”in “Aqrokimya Azərbaycan” MMC-nin texniki direktoru Əli Arman Kabakçıoğlu deyib.

O bildirib ki, fabrikin illik istehsalat gücü 9 min ton təşkil edəcək: “İlkin mərhələdə istehsal olunan məhsul daxili tələbatı ödəyəcək, daha sonra pestisidlərin ixrac olunması başlayacaq”.

Ə.A.Kabakçıoğlu qeyd edib ki, fabrikin tikintisinə 2016-cı ilin yanvarında başlanılıb. Onun sözlərinə görə, fabrikdə işçilərin sayı 150 nəfər təşkil edəcək. Layihənin reallaşdırılması üçün 15 milyon dollara yaxın investisiya qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti