...

“Şahdəniz” yatağından bu ilin I rübündə hasil olunan qazın həcmi açıqlanıb

İqtisadiyyat Materials 10 May 2017 14:31 (UTC +04:00)
2017-ci ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağından 2,4 mlrd. kubmetr qaz və 0,6 mln. ton (təqribən 4,6 mln. barel) kondensat hasil edilib.
“Şahdəniz” yatağından bu ilin I rübündə hasil olunan qazın həcmi açıqlanıb

Bakı. Trend:

2017-ci ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağından 2,4 mlrd. kubmetr qaz və 0,6 mln. ton (təqribən 4,6 mln. barel) kondensat hasil edilib.

"BP-Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, hesabat dövründə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azalıb.

Məlumatda bildirilir ki, “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) kubmetrdir. Birinci rübdə “Şahdəniz Mərhələ 1”-in mövcud platformasında (Alfa) SDA10 qaz hasilatı quyusunun dərin hissələrində aparılan qazma işləri bitib və tamamlanma işlərinə başlanıb. Bu işlər hazırda davam edir. "İstiqlal" qazma qurğusu birinci rübdə SDC03 və SDC02 quyularını tamamlayaraq SDC01 quyusunda da həmin işləri aparmaq üçün bu quyunun yerləşdiyi əraziyə keçirilib. Heydər Əliyev (Maersk Explorer) qazma qurğusu SDF01 və SDF02 quyularının üst hissəsində qazma işlərini bitirib. Hazırda isə qurğu SDF01 quyusunun məhsuldar lay hissələrini qazmaqda davam edir.

Məlumatda qeyd olunub ki, bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb, üç quyunu isə tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti