...

Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında memorandum imzalanıb (FOTO)

İqtisadiyyat Materials 3 İyul 2017 14:54 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan Auditorlar Palatası və Latviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Palatadan Trend-ə verilən məlumata görə, Auditorlar Palatası 40-a yaxın xarici ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurub.

Tədbirdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bildirib ki, Latviya Mühasiblər Assosiasiyasının zəngin təcrübəyə malik olması Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. Assosiasiyanın Latviyada mühasibatlıq və audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər bizə yaxşı məlumdur. İmzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq.

Latviya Mühasiblər Assosiasiyası sədri Andrejs Ponomarjovs mühasibatlığın vacib sahələrdən biri olduğunu söyləyərək qeyd etdi ki, bu gün mühasibatlıq sahəsi üzrə Avropada geniş islahatlar aparılmış və bu sahə demək olar ki, yenidən tənzimlənib. A.Ponomarjovs əminliklə vurğulayıb ki, Azərbaycan Auditorlar Palatası ilə Latviya Mühasiblər Assosiasiyası arasında əməkdaşlıq gələcəkdə bir ənənəyə çevriləcək.

Tədbirdə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, Azərbaycan və Latviya auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılıb. Eyni zamanda, qonaqlara ölkəmizdə iqtisadi islahatların aparılması və maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumat verilib.

Tədbirdə Latviya Mühasiblər Assosiasiyasının nümayəndə heyəti ilə birgə, Auditorlar Palatasının əməkdaşları, üzvləri və Fəxri üzvləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti