...

Ölkənin bank sektorunun aktivləri 30 mlrd. manatdır

İqtisadiyyat Materials 4 Avqust 2017 10:30 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30,036.9 milyon manat, cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil edib.
Ölkənin bank sektorunun aktivləri 30 mlrd. manatdır

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30,036.9 milyon manat, cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 2,714.0 milyon manatdır. Əhalinin əmanətləri 6,880.7 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,501-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir.

2017-ci ilin 30 iyun tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti