...

"Xalq Bank kartı ilə odəniş qazanclıdır" lotereyasının 22-ci tirajı keçirilib

İqtisadiyyat Materials 3 Oktyabr 2017 15:06 (UTC +04:00)
“Xalq Bank kartı ilə odəniş qazanclıdır” lotereyasının 22-ci tirajı keçirilib.
"Xalq Bank kartı ilə odəniş qazanclıdır" lotereyasının 22-ci tirajı keçirilib

Bakı. Trend:

Oktyabr ayının 3-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 22-ci tirajı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, 22-ci tirajın qalibləri – son həftə ərzində 31 bilet toplayan Ağayeva Səidə Həsən qızı, 26 biletlə Mikayılov Fərid Tofiq oğlu və 24 biletlə Həsənov Artyom Nəsib oğlu Xalq Bank tərəfindən Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə qazanıblar. Sentyabr ayının təsadüfi seçim nəticəsində müəyyən edilmiş qalibləri: Rəhimov Süleyman Elgün oğlu (bilet nömrəsi 222429) “Sakit Göl Hotel Şamaxı” tətil və istirahət məkanına istirahət kuponu, Nəsibova Ceyran Şaiq qızı (bilet nömrəsi 218311) isə 500 AZN-lik “Xarici ölkəyə səyahət” kuponuna sahibləniblər.

Qeyd edək ki, cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər.

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

Lotereyanın 23-cü tirajı oktyabr ayınının 10-u keçiriləcək və bu tirajda "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti