...

Azərbaycanda bank sektorunun icmal göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 4 Oktyabr 2017 12:44 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29,491.7, cəmi öhdəlikləri isə 26,568.2 milyon manat təşkil edib.
Azərbaycanda bank sektorunun icmal göstəriciləri açıqlanıb

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29,491.7, cəmi öhdəlikləri isə 26,568.2 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 2,923.6, əhalinin əmanətləri 6,871.7 milyon manat olub.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,495-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,167 nəfər təşkil edib.

2017-ci ilin 31 avqust tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti