...

Azərbaycanın ixrac missiyası Rusiyada səfərdədir (FOTO)

İqtisadiyyat Materials 16 Noyabr 2017 11:09 (UTC +04:00)
Azərbaycanın ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir.
Azərbaycanın ixrac missiyası Rusiyada səfərdədir (FOTO)

Bakı. Trend:

Azərbaycanın ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Azərbaycanın növbəti ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına 18 şirkətin nümayəndəsi daxildir.

Missiya çərçivəsində Azərbaycan iş adamları AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” qida sərgisi çərçivəsində təşkil olunan XVII 2017-ci və 2018-ci illər üçün pərakəndə ticarətin başlıca istiqamətləri, bu sahədə proqnozlar və tendensiyalar, istehlakçıları cəlb etmək üçün yeni strategiyalara dair müzakirələr aparılıb və iş adamları üçün master-klass keçirilib.

Tədbir çərçivəsində

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “Peterfood” sərgisinin rəsmi açılışında çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev tədbir iştirakçılarına “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı fərmanın icrası istiqamətində görülən işlər və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.

İxrac missiyası noyabrın 16-na qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti