...

Sumqayıtda da ödənişsiz “Wi-Fi” olacaq

İqtisadiyyat Materials 4 Dekabr 2017 16:39 (UTC +04:00)
Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib
Sumqayıtda da ödənişsiz “Wi-Fi” olacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib.

Bu barədə Trend-ə “Aztelekom” MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib.

Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması ilə bağlı işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: “Hələlik ödənişsiz “Wi-Fi” şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur.”

Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” MMC Bakı şəhərinin ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması ilə məşğul olur. Bugünədək paytaxtın 17 parkında belə şəbəkələr yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti