Bakı. Trend:
“AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində sığortalı əmanət yerləşdirən müştərilərin kampaniyadan yararlanmaq üçün sadəcə 10 günü qalıb.
Bankdan Trend-ə verilən məlumata görə, əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.
Artıq kampaniya çərçivəsində – 88 İsma Bike, 90 ədəd İphone X və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.
Xatırlatmaq istərdik ki, “AtaBank”-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakilardır: İphone X, İsma Bike, Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 29 dekabr 2017-ci il tarixinədək qüvvədədir.
Kampaniya şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.