...

"Azər Türk Bank"dan Gəncə sakinləri üçün yeni məhsul

İqtisadiyyat Materials 19 Dekabr 2017 13:19 (UTC +04:00)
Dövlət bankı "Azər Türk Bank" region filiallarının inkişafı layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən filialında depozit seyflərini müştərilərin istifadəsinə verib.
"Azər Türk Bank"dan Gəncə sakinləri üçün yeni məhsul

Bakı. Trend:

Dövlət bankı "Azər Türk Bank" region filiallarının inkişafı layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən filialında depozit seyflərini müştərilərin istifadəsinə verib.

Bankdan Trend-ə verilən məlumata görə, qiymətlilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təqdim olunan müxtəlif ölçülü seyflər bir ay və on iki ay müddətinə icarəyə verilir. Qeyd edək ki, bir illik icarə haqlarına endirim tətbiq edilir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti