...

AİB Azərbaycana texniki dəstək üçün araşdırma aparacaq

İqtisadiyyat Materials 15 Yanvar 2018 14:40 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanda prioritet istiqamətlərdə texniki dəstəyin göstərilməsi məqsədilə seçilmiş istiqamətlər üzrə təkrar araşdırmalar aparılacaq.
AİB Azərbaycana texniki dəstək üçün araşdırma aparacaq

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanda prioritet istiqamətlərdə texniki dəstəyin göstərilməsi məqsədilə seçilmiş istiqamətlər üzrə təkrar araşdırmalar aparılacaq.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirlikdə beynəlxalq təcrübənin tətbiq edilməsi zəruri olan prioritet istiqamətlər üzrə mümkün dəstəyin göstərilməsi ilə bağlı AİB nümayəndələrinin iştirakı ilə keçirilən işgüzar görüşdə bildirilib.

AİB nümayəndələri tərəfindən Strateji yol xəritələrində nəzərdə tutulmuş və texniki dəstəyin göstərilməsi mümkün olan istiqamətlər barədə məlumat verilib və təklif edilən texniki dəstəyin göstərilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələr aparılıb.

Görüşdə AİB tərəfindən texniki dəstəyin göstərilməsi məqsədilə seçilmiş istiqamətlər üzrə təkrar araşdırmaların aparılması və Bankın daxili prosedur qaydaları əsasında dəstək göstərilməsi təsdiqlənəcək tədbirlər barədə məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti