“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasına hazırlıq işləri yekunlaşıb

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasına hazırlıq işləri yekunlaşıb

Bakı. Trend:

Fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına hazırlıq işləri yekunlaşıb.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının IV iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ”Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən - Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf mühit və energetika nazirliyinin nümayəndələri - Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko iştirak edəcək.

ABŞ-ı Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson təmsil edəcək.

Monteneqronun enerji məsələləri üzrə dövlət katibi Nikola Vuyoviç, Xorvatiyanın Ətraf mühit və energetika nazirliyinin dövlət katibi İvo Milatiç, Bosniya və Hersoqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina tədbirə qatılacaq. Məşvərət Şurasının iclasında ilk dəfə olaraq Türkmənistan və Rumıniya da iştirak edəcək. Türkmənistanı toplantıda Prezidentin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanı isə energetika nazirinin müavini Yuliyan Robert Tudorake təmsil edəcək.

Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də başqa regional prezidenti Qəri Counz olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda Snam, Enagas, Axpo və Fluxys şirkətlərinin də iştirakı nəzərdə tutulub.

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin enerji bölməsinin direktoru Aşok Bhargava, bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannabekov, eləcə də layihə icracıları Yaqut Ertenliche və Səbinə Cəfərova qatılacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin tərkibinə isə bankın Şərqi Avropa və Qafqaz icraçı direktoru Françis Malige, Qafqaz, Moldova və Belarus üzrə regional direktor Bruno Balvanera, təbii sərvətlər üzrə direktor Erik Rasmussen, Rusiya, Qafqaz və Mərkəzi Asiyada enerji üzrə direktor Aida Sitdikova və baş bankir Veronika Krakoviç və Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte daxildir.

Avropa İnvestisiya Bankından isə toplantıda qurumun vitse-prezidenti Vazil Hudakın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə bankın maliyyə bölməsinin müdir müavini Peter Ceffreys, enerji üzrə baş iqtisadçısı Aleksandr Antonyuk, bankın Cənubi Qafqazdakı regional nümayəndəliyinin rəhbəri Sebastien Husson de Sempayni daxildir.

Beynəlxalq Maliyyə Korporasiyasının toplantıda iştirak edəcək nümayəndələri isə bunlardır: Bankın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Tomas Telma, Cənubi Qafqaz üzrə regional direktor Yan van Bilsen və Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova.

Almaniya İnkişaf Bankının (KfW) baş icraçı direktoru Klaus Miçalak da tədbirə dəvəti qəbul edib. Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda enerji məsələləri üzrə meneceri Sameer Şukla, enerji üzrə baş mütəxəssisi Əbdüləziz Fəqhi və Azərbaycan üzrə ölkə meneceri Naveed Həsən Naqvi Məşvərət Şurasının dördüncü iclasının iştirakçıları sırasındadır. Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyini isə qlobal inkişaf üzrə direktor markus Villiams təmsil edəcək.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Maroş Şevçoviç və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Dördüncü hissədə isə “Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivləri, İGB və İAP istiqamətləri üzrə məruzələr dinləniləcək. Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə”, eləcə də “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında Niyyət məktublarının imzalanması planlaşdırılır.

Daha sonra energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

Daha beş ölkədən  turistlər Baliyə gələ biləcəklər
Daha beş ölkədən turistlər Baliyə gələ biləcəklər
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramovla xorvatiyalı həmkarı arasında geniş tərkibli görüş keçirilir
Kəlbəcər və Laçın balı Bakıda yarmarkada - Qiymətlər (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb (VİDEO)
Energetika Nazirliyi yaşıl enerji konsepsiyasını hökumətə təqdim edib
Yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən sabiq hakim məhkəmə zalında həbs edildi
Azərbaycan nefti bahalaşır
Xorvatiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir - Nazir (FOTO)
Suriyada avtobusun partladılması nəticəsində 14 hərbçi həlak olub
Bu il Qubadlı, Zəngilan və Ağdamda 4 yarımstansiyanın yenidənqurulması başa çatdırılacaq - Energetika naziri
İki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırma başlandı
Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib (FOTO/VİDEO)
Bakıda bal yarmarkası başlayıb (FOTO)
Məhkumun həyətindən silah aşkarlanıb (FOTO)
İşğaldan azad olunan ərazilərimizdə 167 qiymətli metal yatağı var - Nazir müavini
DTX rəisi ilə BQXK-nin vitse-prezidenti arasında görüş keçirilib
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Qarabağda 30-dan artıq su elektrik stansiyası bərpa edilir - Nazir
BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb
Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (FOTO)
Kamil Əliyevin 100 illik yubileyi “Azərxalça” da qeyd olunub (FOTO)
Evdən çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb (VİDEO)
Bakıda "Kamaz", Samuxda "VAZ" yanıb
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Hindistanda leysan yağışları 42 nəfərin ölümünə səbəb olub
Gələn ildən əhalinin alıcılıq qabiliyyəti yüksələcək - AÇIQLAMA
Dünyada koronavirusa yoluxanların sayı 4 faiz azalıb - ÜST
Kabildə güclü partlayış baş verib
BMT TŞ Şimali Koreyanın raket sınaqlarını müzakirə edəcək
İsraildə koronavirusun yeni ştammı aşkarlanıb
"Facebook" adını dəyişdirməyi planlaşdırır
ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxub
"Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb
Britaniyada koronavirusdan daha 223 nəfər ölüb
Rusiyada ticarət mərkəzində partlayış olub
Ankara Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabatını rədd edib
Vaşinqtonda Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə küçələr bağlanıb
KXDR sualtı qayıqdan balistik raket buraxdığını təsdiq edib
BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır
Türkiyədə son sutkada koronavirusdan 27 352 nəfər sağalıb
Sabirabadda birmərtəbəli ev yanıb
Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Şerif" ilk dəfə məğlub oldu (ƏLAVƏ OLUNUB)
Türkiyə parlamenti Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiyanın mandatını uzadıb
Azərbaycan XİN Zəngilanın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Zəfər xronikası 20 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu açıqlayıb (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr
Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)
ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxs saxlanıldı
Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikanın Kralına təqdim edib
Həkimlər Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər
Ermənistana təhvil verilən erməni hərbçilərin adları məlum oldu
Macarıstanla qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Qarabağın dark turizm potensialı: erməni barbarlığını dünya daha yaxından görəcək
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
İranın Astara gömrüyü üzərindən tranziti azalmayıb, əksinə, 300 faiz artıb - İranlı rəsmi
Energetika naziri 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib
BVF 2021-ci ildə Azərbaycanda ÜDM-nin 20 faizdən çox artımını proqnozlaşdırır
Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Qəlb gözü” layihəsi reallaşdırılıb (FOTO)
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 45 faizdən çox artıb
Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb
Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib (VİDEO)
Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytardı
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq (MÜSAHİBƏ)
Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub (FOTO/VİDEO)
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib
Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)
Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək
Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq (FOTO)
Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA
Bakıda anası tərəfindən dayəyə verilən azyaşlı sığınacağa yerləşdirilib
Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“PAŞA Bank”dan 250 000 AZN-dək girovsuz biznes kreditlərini banka gəlmədən onlayn əldə edin!
Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib
Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir
Oktyabrın 20-nə USD/AZN rəsmi məzənnəsi
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?
Qanunsuz balıq ovlayanlar saxlanılıb
Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub - Vüqar Rəhimzadə
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda koronavirusa görə bağça bağlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
AccessBank tender elan edir
Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib
Bütün xəbərlər