Bakı. Əli Mustafayev - Trend:
Azərbaycan və Mərakeş arasında münasibətlər təkcə diplomatik səviyyədə deyil, fəal iqtisadi əməkdaşlıq yolu ilə də inkişaf edəcək.
Trend-in məlumatına görə, bunu Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.