...

"AtaBank"dan verilmiş kreditlər üzrə güzəştli kampaniya

İqtisadiyyat Materials 13 Mart 2018 10:25 (UTC +04:00)
"AtaBank" Novruz Bayramı münasibəti ilə müştərilərinə bayram sevinci yaşatmaq məqsədilə, 20 dekabr 2015-ci il tarixinədək verilmiş və ya restrukturizasiya edilmiş, əsas borc məbləği 100.000 ABŞ dollarına qədər olan kreditlərə güzəşt kampaniyasına başlayıb.
"AtaBank"dan verilmiş kreditlər üzrə güzəştli kampaniya

Bakı. Trend:

Daima müştərilərinin qeydinə qalan və Azərbaycan xalqına töhfələrini verən "AtaBank" Novruz Bayramı münasibəti ilə müştərilərinə bayram sevinci yaşatmaq məqsədilə, 20 dekabr 2015-ci il tarixinədək verilmiş və ya restrukturizasiya edilmiş, əsas borc məbləği 100.000 ABŞ dollarına qədər olan kreditlərə güzəşt kampaniyasına başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, kampaniya lombard və əmanət girovu ilə verilmiş kreditlərə şamil olunmur.

Kampaniya 30.03.2018-ci il tarixinə qədər davam edəcək. Ətraflı məlumat üçün banka müraciət edə bilərsiniz.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti