...

Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

İqtisadiyyat Materials 22 Mart 2018 18:07 (UTC +04:00)
Prezident martın 22-də “Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident martın 22-də “Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti