...

Bakıda əhaliyə 2.8 milyard manatdan artıq dəyərdə məhsul satılıb

İqtisadiyyat Materials 2 Aprel 2018 23:00 (UTC +04:00)
2018-ci ilin yanvar-fevral aylarında Bakıda pərakəndə ticarət şəbəkəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çox və ya 2 milyard 858,7 milyon manat məbləğində məhsul satılıb.
Bakıda əhaliyə 2.8 milyard manatdan artıq dəyərdə məhsul satılıb

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-fevral aylarında Bakıda pərakəndə ticarət şəbəkəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çox və ya 2 milyard 858,7 milyon manat məbləğində məhsul satılıb.

Trend-in məlumatına görə, əhaliyə xidmət subyektləri tərəfindən 799,8 milyon manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,9 faiz artıb.

İstehlak məhsullarının və xidmətlərin qiymətləri fevral ayında yanvar ayına nisbətən 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri olduğu kimi qalıb, xidmətlər üzrə qiymətlər 0,1 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti