Bakı. Trend:
Rusiya aprelin 11-dən başlayaraq Ermənistandan ölkəyə gətirilən pomidorları yoxlamağa başlayacaq.
Trend-in məlumatına görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarəsi Ermənistandan gətirilən pomidorların mənşəyi ilə bağlı yoxlama aparacaq.
Belə ki, Rusiya tərəfi Ermənistanın reeksportla məşğul olmasından şübhələnib.
Yəni, "Ermənistan pomidoru" adı altında Rusiya gətirilən tərəvəzin Türkiyə məhsulu olduğu ehtimal edilir.