...

15 ticarət obyektində aksiz markası olmayan məhsullar aşkarlandı - 3 nəfər həbs olundu

İqtisadiyyat Materials 30 Aprel 2018 10:53 (UTC +04:00)
Aksiz markası olmadan alkoqollu içkilərin və tütün məmulatlarının satışı hallarının qarşısı alınır.
15 ticarət obyektində aksiz markası olmayan məhsullar aşkarlandı - 3 nəfər həbs olundu

Bakı. Trend:

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar müsadirə olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılıb və Yasamal rayon məhkəməsinin qərarı ilə qeyri-qanuni əməlləri törətmiş O.Məmmədov, Ç.Rəfiyev və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edilir ki, eyni qanun pozuntularına yol verdikləri üçün həmin şəxslər əvvəllər də məsuliyyətə cəlb ediliblər.

Vergilər Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur. Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışı həyata keçirən şəxslərə də şamil edilir. Qanun pozuntusuna yol vermiş şəxslər cinayət məsuliyyəti daşıyır və onlara qarşı qanunvericiliklə müəyyən edilmiş müddətlərdə azadlıqdan məhrumetmə kimi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Vergilər Nazirliyi aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların) satışı faktlarının aşkar olunması istiqamətində vergi nəzarəti tədbirlərini davam etdirəcək və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti