...

Azərbaycanda gömrük tarifləri dəyişdiriləcəkmi? (YENİLƏNİB)

İqtisadiyyat Materials 4 May 2018 13:20 (UTC +04:00)
Azərbaycanda gömrük tariflərində dəyişikliklər məsələsi gündəmdə deyil.
Azərbaycanda gömrük tarifləri dəyişdiriləcəkmi? (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda gömrük tariflərində dəyişikliklər məsələsi gündəmdə deyil.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, tarif dəyişiklikləri, adətən, büdcə zərfinin müzakirəsi zamanı təklif olunur və nadir hallarda ilin ortasında baş verir:

"Ötən il gömrük rüsumlarında yerli istehsalatın müdafiəsinə yönəlmiş ciddi dəyişikliklər etdik. Gömrük rüsumlarının yeni sistemi tətbiq olundu. Buna görə də hazırda gömrük rüsumlarına yenidən baxılmasına ehtiyac görmürük. Əgər ilin sonunadək bizə hər hansı yeni təkliflər daxil olsa, onlara baxa bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti