...

Dünya Bankından Azərbaycanın iqtisadiyyatı ilə bağlı PROQNOZ: 2021-ci ilə qədər artım olacaq

İqtisadiyyat Materials 8 May 2018 13:31 (UTC +04:00)
Dünya Bankı növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.
Dünya Bankından Azərbaycanın iqtisadiyyatı ilə bağlı PROQNOZ: 2021-ci ilə qədər artım olacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Bankı növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.

Trend bu barədə təşkilatın hesabatına istinadən məlumat verir.

Proqnozlara əsasən, 2018-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,8 faiz, 2019-cu ildə 3,8 faiz, 2020-ci ildə 3,2 faiz artacaq:

“Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının artım templəri qaz hasilatının genişlənməsi və Transanadolu boru kəmərinin işə salınması ilə sürətlənəcək”.

Analitiklər hesab edirlər ki, OPEK+ sazişinin müddətinin 2018-ci ilin sonunadək uzadılması fonunda Azərbaycanda hasilat həcmləri çox azalmayacaq. Bundan başqa, Dünya Bankı bu il neft qiymətlərinin artımını və bu qiymətlərin ortamüddətli perspektivdə sabitliyini proqnozlaşdırır.

Dünya Bankı həmçinin 2018-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır ki, bu da dövlət investisiyalarının 83 faizədək artmasına gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti