...

Nazir: İsrailin idxalı dayandırması Türkiyəyə heç bir təsir etməyəcək

İqtisadiyyat Materials 16 May 2018 13:54 (UTC +04:00)
İsrailin Türkiyə istehsallı kənd təsərrüfatı məhsullarının idxalını dayandırması Türkiyəyə heç bir təsir etməyəcək.
Nazir: İsrailin idxalı dayandırması Türkiyəyə heç bir təsir etməyəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

İsrailin Türkiyə istehsallı kənd təsərrüfatı məhsullarının idxalını dayandırması Türkiyəyə heç bir təsir etməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba deyib.

Nazir Türkiyənin bir çox ölkələrin bazarlarına çıxışı olduğunu qeyd edib.

Onun sözlərinə görə, əgər İsraildə idxalı dayandırmaqla Türkiyəyə təsir edəcəklərini düşünürlərsə, yanılırlar.

Qeyd edək ki, Türkiyə və İsrail bir neçə gün öncə öz səfirlərini geri çağırdıqdan sonra İsrailin Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırmağa qərar verib.

Xatırladaq ki, Qəzza zolağında vəziyyətin pisləşməsi səbəbindən Türkiyə Xarici İşlər Nazirliyi bir neçə gün öncə İsrail səfirini ölkəni tərk etməyə çağırmışdı. Bu gün İsrail səfiri Ankaranı tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti