...

Virtual pulların qiyməti düşür

İqtisadiyyat Materials 28 May 2018 11:19 (UTC +04:00)

Bakı. Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, bitkoin 7,2 min dolar ətrafında alınıb satılır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,56% ucuzlaşaraq 7,2 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də bu gün ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 8,68% və ya 534 dollaradək, "Ripple"3,43% (0,584 dollara qədər), "Bitcoin Cash" isə 5,56% (935,63 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 311,583 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti