...

Bügünkü hərrac - Əmlaka 2 dəfə çox qiymət təklif edildi (FOTO)

İqtisadiyyat Materials 29 May 2018 12:49 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, əmlaklardan birinin qiyməti 2 dəfə çox artıb. Belə ki, 60 saylı mağaza investorları özünə cəlb edə bilib. Paytaxtın Qaradağ rayonun Qobustan qəsəbəsində yerləşən adı çəkilən obyektin ilkin start qiyməti 23 min 500 manat olsa da ən son təklif 48 min 750 manata qədər yüksəlib. Həmin əmlak üzrə hərracın rəqabətli olması obyektin həm münasib qiymətindən həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Bu mağazanın ümumi faydalı sahəsi 510 kv.m olmaqla kifayət qədər genişdir.

Daha aşağı investisiya ilə qeyri-yaşayış sahələri də özəlləşdirilib. Sumqayıt şəhərində yerləşən ümumi faydalı sahəsi 20 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi belə əmlaklardandır. Adı çəkilən obyekt 6 min manata sahibini tapıb.

Bundan başqa, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin də ilkin start qiyməti investorlar üçün sərfəli olub. Belə ki, ümumi faydalı sahəsi 60 kv.m-dən çox olan zirzəmiyə edilən təklif 7 min 500 manat təşkil edib. İqtisadi aktivliyin müşahidə edildiyi Bakının Səbail rayonundakı qeyri-yaşayış sahəsi də ərazi mövqeyi baxımından münasib qiymətə özəlləşdirilib. Belə ki, ümumi faydalı sahəsi 65 kv.m-ə yaxın olan həmin əmlaka edilən təklif 12 min 500 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti