...

Nazirlik müəssisəni cərimələdi - Tullantıların yandırılmasına görə (FOTO)

İqtisadiyyat Materials 30 May 2018 09:27 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirlik müəssisəni cərimələdi - Tullantıların yandırılmasına görə (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.

Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti