Ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 240 mln. dollar olub (FOTO)

Ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 240 mln. dollar olub (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” abidəsi önünə əklil qoyub.

Trend-in məlumatına görə, sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı hər il İsveçrədə keçirilən Davos Forumunda və digər mühüm tədbirlərdə iştirak edir.

Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və digər tədbirlər keçirilir, iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. 2019-cu ilin əvvəlində İsveçrədə Komissiyanın VIII iclasının keçiriləcəyi gözlənilir.

Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycan bankçılıq və maliyyə sahəsində SECO (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) və SDC (Əməkdaşlıq və İnkişaf Agentliyi) ilə geniş əməkdaşlıq həyata keçirir. Belə ki SECO ilə 38 layihə, SDC ilə isə 16 layihə icra olunur. İsveçrə isə Azərbaycana 730 milyon dollara yaxın, Azərbaycan tərəfindən İsveçrəyə 1,2 mlrd. dollar investisiya yatırıb. SOCAR İsveçrədə uğurla fəaliyyət göstərir.

2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 40%-dən çox artım deməkdir. Bu il də artım tendensiyasi davam edir və bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 80%-dən çox artıb.

Bu yaxınlarda İqtisadiyyat Nazirliyi tərəfindən İsveçrəyə təşkil olunmuş ixrac missiyası çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın fındıq məhsullarının İsveçrəyə ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu sahədə Azərbaycanın potensialı böyükdür və ölkəmiz əsas fındıq ixracatçılarındandır.

Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, İsveçrə şirkətləri Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər.

Gələcək əməkdaşlıq istiqamətləri barədə danışan Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, əczaçılıq və tibb xidməti, tranzit daşımaları, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, iş adamları arasında əməkdaşlığın təşviqi üçün biznes forumların, sərgi və yarmarkaların təşkilinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Həmin gün rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İsveçrə biznes forumu keçirilib.Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən maliyyə və sığorta, bankçılıq, əczaçılıq, tikinti, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Biznes forumda Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, bu ilin birinci yarısında ölkəmizdə ÜDM 1,3%, qeyri-neft ÜDM-i 2% artıb. Azərbaycanın iqtisadiyyatda əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların hesabtalarında da öz əksini tapıb. Azərbaycan 2018-ci il üzrə Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik reytinqi”ndə 137 ölkə arasında 35-ci, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 57-ci, Dünya İqtisadi Forumunun İnklüziv İnkişaf Reytinqində inkişafda olan ölkələr arasında 3-cü yerdə qərarlaşıb.

İqtisadiyyat naziri son illər ərzində Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini və iki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulayıb.

Azərbaycan və İsveçrə iş adamları arasında əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan bugünkü biznes forumun əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri İsveçrə şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində, ölkədə yaradılan sənaye parklarında və məhəllələrində, aqroparklarda birgə fəal iştiraka dəvət edib.

İsveçrə Konfederasiyasının Federal Məclis Üzvü, İsveçrə Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamentinin rəhbəri Yohan Şnayder-Ammann Azərbaycan iqtisadiyyatının inkişafından məmnunluğunu və ölkəmizin iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Yohan Şnayder Amman İsveçrə və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin İsveçrə-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycanın və İsveçrənin biznes və investisiya mühiti barədə təqdimatlar keçirilib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Daha sonra İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkına səfər edib, burada görülən işlərlə və investorlar üçün yaradılmış əlverişli şəraitlə, SKSP-da inşa olunan İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodu ilə tanış olub.

Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Loading Bars
Xəbər lenti
Keçmiş MTN polkovnikinin həbsxanada ölüm səbəbi açıqlandı - RƏSMİ
Azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şəxsdən narkotik götürülüb
Vətəndaşların kommunal problemlərlə bağlı müraciətlərinə elektron formada baxılacaq
Daşaltıda iki vətəndaşımızın minaya düşərək həlak olması Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur - Sevil Mikayılova
Şəmkirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb (FOTO)
Bakının bu hissəsində içməli su fasilə ilə veriləcək
Qubada "patı" satanlar saxlanıldı (FOTO)
“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi - RƏSMİ
Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq - Fərid Qayıbov
Müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)
Azərbaycana birbaşa xarici investisiyalar 3,5 milyard dolları ötüb
"Bakı" şadlıq sarayının rəhbərliyi cərimələnib
Avropanın 3 ölkəsindən bəzi məhsulların idxalı məhdudlaşdırılıb
Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb
BP ilə birgə layihənin gələn ildən başlanılması planlaşdırılır - Nazir
Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir (FOTO)
İranda ötən sutka 78 nəfər koronavirusdan ölüb
Müharibə dövründə xarici kiberhücumların əsas istiqaməti Mərkəzi Banka yönəlmişdi - CERT
Qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Universitet bitirməmişəm, Vidadi müəllimlə dost idik, ona görə də məni direktor təyin etdi - "Azər-İlmə"nin direktoru
Azərbaycanda Media Reyestrinin yaradılmasının məqsədi açıqlanıb
İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb
Azərbaycanda imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşir
Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb
Daşaltıda piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulub - ANAMA
*Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib
Banklara yeni standartla bağlı vaxt verilib
Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında memorandum imzalanıb
"Amazon" bir milyard avrodan çox cərimə olunub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Masallıda oğurluq edən şəxslər tutulub (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir
Prokuror Rasim Quliyevə 6 il cəza istədi
Şuşada məktəbin tikintisinə başlanılacaq
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib (VİDEO)
Sərhədçilərə xəsarət yetirmək istəyən qaçaqmalçı tərk-silah edilib, külli miqdarda narkotik götürülüb (FOTO)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib
100-dən artıq saxta vaksin sertifikatı verən şəxslərin məhkəməsi başlayır
UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb (FOTO)
Ölkədə epidemik proses nəzarət altına alınıb - Təyyar Eyvazov
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri
Azərbaycan nefti bahalaşıb
Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)
Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Kərpic sexində fəhlə ölüb
Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)
Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı - TƏHLİL
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb
Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi
Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi (FOTO/VİDEO)
Zaqatalada avtomobil təmiri sexi yanıb
Ötən gün 18 koronavirus xəstəsi küçədə yaxalanıb
Bakıda yaşlı kişi metroda öldü
2020-ci il dekabrın 10-da keçirilmiş parad qalib ordunun Zəfər yürüşü idi - Kamaləddin Qafarov
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Azərbaycanla İran Astaraçay üzərində yeni körpünün inşası üzrə işlərə başlayıb - Səfir (ÖZƏL)
ABŞ-da AstraZeneca-nın COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verilib
ABŞ-da 5G-nin təhlükəsi barədə xəbərdarlıq edilib
Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
ABŞ-da 2050-ci ilə qədər tullantıların sıfıra endirilməyi nəzərdə tutulur
Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Bütün xəbərlər