...

2018-ci ilin altı ayı ərzində 19,38 mln. ton neft hasil edilib

İqtisadiyyat Materials 29 İyul 2018 18:27 (UTC +04:00)
Altı ay ərzində ölkə üzrə 19,4 mln. ton neft, 14,4 mlrd. kub metr qaz hasil edilib
2018-ci ilin altı ayı ərzində 19,38 mln. ton neft hasil edilib

Bakı. Trend:

Cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlib, qaz hasilatı isə 5,29 faiz artaraq 1,66 mlrd. kub metrə çatıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, 6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunub.

Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kub metr qaz hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2%, qaz hasilatında isə 3,1% artım təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti