...

"Silk Way West Airlines" Çinin yeni şəhərinə reyslər açır

İqtisadiyyat Materials 21 Sentyabr 2018 17:44 (UTC +04:00)
Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Bakıdan Çinin böyük şəhərlərindən biri Tyanszinə yeni reys açır.
"Silk Way West Airlines" Çinin yeni şəhərinə reyslər açır

Bakı. Trend:

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Bakıdan Çinin böyük şəhərlərindən biri Tyanszinə yeni reys açır.

Aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tyanszinə yeni reys həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək. Bu marşrut aviaşirkətin Bakıdakı yerli habını Şimali Çində aparıcı sənaye mərkəzlərindən biri ilə birləşdirəcək.

"Silk Way West Airlines" şirkətinin prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirib:

“Bu reys strateji boşluğu aradan qaldıracaq və sürətlə inkişaf edən Şimali Çində yük aviadaşımaları xidmətlərinin tam spektrini göstərməyə imkan verəcək. Xüsusilə, şərq və qərb istiqamətlərində maşınqayırma və aviasiya sənayesi sahəsində mallara böyük tələbat var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti