...

Tibbi-sosial ekspertiza və həkim-məsləhət komissiyaları ilə bağlı regional müşavirə keçirilib (FOTO)

İqtisadiyyat Materials 27 Sentyabr 2018 16:44 (UTC +04:00)
Quba şəhərində keçirilən regional müşavirədə Tibbi-sosial ekspertiza və və həkim-məsləhət komissiyalarının birgə fəaliyyəti təhlil edilib.
Tibbi-sosial ekspertiza və həkim-məsləhət komissiyaları ilə bağlı regional müşavirə keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə Quba şəhərində keçirilən regional müşavirədə Tibbi-sosial ekspertiza və və həkim-məsləhət komissiyalarının birgə fəaliyyəti təhlil edilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, səhiyyə nazirinin müavini Rahim Əliyev bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə fiziki məhdudiyyətli vətəndaşların tibbi müayinəsi və müalicəsi işləri təkmilləşdirilməkdədir. Nazir müavini əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində davamlı işlərin görüldüyünü diqqətə çatdırıb. Bu istiqamətdə ƏƏSMN ilə Səhiyyə Nazirliyinin İşçi Qruplarının fəaliyyət göstərdiyini deyən R.Əliyev əlilliyin qiymətləndirilməsi prosesində baş verən nöqsanların tam aradan qaldırılması üçün araşdırmaların davam edəcəyini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Hidayət Abdullayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması, süründürməçilik hallarının aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğu göstəricisinin artırılması, eləcə də əlillik təyinatlarında ünvanlığın təmin olunması prioritet hədəflər kimi müəyyənləşdirilib. Bununla bağlı olaraq ƏƏSMN-də yaradılmış İşçi Qrup tərəfindən 2018-ci ilin ötən dövrü ərzində aparılmış əlillik təyinatlarının təhlili aparılıb və əlillik təyinatında kəskin artım müşahidə olunan risk qrupu xəstəliklər araşdırılıb. Araşdırmanın nəticələrinə görə risk qrupu xəstəliklər üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış əlillik dərəcələri daha aşağı dərəcə ilə əvəz edilib və ya ləğv edilib.

H.Abdullayev qeyd edib ki, bununla yanaşı, normativ–hüquqi aktların təkmilləşdirilməsi, mütərəqqi yanaşmalara uyğun əlilliyin qiymətləndirilməsi meyarlarının hazırlanması istiqamətində müvafiq işlər görülür. İnzibatçılığın təkmilləşdirilməsi və ünvanlılığın təmin edilməsi məqsədilə əlillik təyinatı üçün göndərişlərin rəsmiləşdirilməsi ilə əlaqədar mövcud prosedurlara və sənədlərə dəyişikliklər Səhiyyə Nazirliyi ilə razılaşdırılıb.

H.Abdullayev vurğulayıb ki, iki qurumun əməkdaşlığı nəticəsində artıq hemodializ xəstələrinin reyestri üzrə məlumatların elektron formada ƏƏSMN-ə ötürülməsi təmin edilib. Bu xəstəlik üzrə göndərişlər rəsmiləşdirilib ötürüldükdən sonra elektron informasiya sistemi tərəfindən reyestr ilə uzlaşdırılır və təsdiqini tapmayan göndərişlər qiymətləndirməyə buraxılmadan dərhal geri qaytarılır. Müşavir analoji yanaşmanın peşə xəstəliyi üzrə də tətbiq olunacağını bildirib.

Müşavirədə əlilliyin qiymətləndirilməsi sahəsində həkim-məsləhət komissiyalarının və Tibbi-sosial ekspert komissiyalarının fəaliyyətində islahatların aparılması, yeniliklərin tətbiqi və bu sahədə müşahidə olunan problemlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti