...

İnsan üzündəki barkod sistem

İqtisadiyyat Materials 24 Oktyabr 2018 12:13 (UTC +04:00)
Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir.
İnsan üzündəki barkod sistem

Bakı. Trend:

Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur. Uca Allahın bənzərsiz fərqlilikdəki yaratma sənətinin təcəllisi kimi insanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da,tanış birinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir? Beyindəki üz tanıma prosesi necə baş verir?

Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən:

Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.

Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara kodlanır.

Tədqiqatı aparan dr. Dakin: “Bu cür üfüqi məlumat xətləri supermarket barkodlarını xatırladır”, - deyərək bu kod sisteminə diqqət çəkib.

Məlum olduğu kimi, supermarket barkodları məlumat əldə etməyin ən effektiv yoludur. Düz, tək ölçülü xətlər, saylar kimi 2 rəqəmli simvollardan daha asan tanınır.

Elm adamları üzdəki barkod sisteminin “daha yaxşı üz tanıma proqramları” hazırlamaq baxımından çox vacib olduğunu bildirirlər. Üz tanıma proqramları nə qədər təkmil olsalar da, insanların çoxluq təşkil etdiyi yerlərdə üzləri tanımaqda çətinlik çəkirlər. Ancaq üzdəki bu barkod sisteminin təqlid edilməsi polislərin hava limanında cinayətkarları müəyyən etmək üçün istifadə etdiyi CCTV kameralarının təkmilləşdirilməsinə kömək edəcək.

BSC Consultıng & Outsourcıng Company

Məqalədə:
Xəbər lenti

Xəbər lenti