...

Noyabrın 1-nə AÇG və "Şahdəniz" yataqları üzrə gəlirlər açıqlanıb

İqtisadiyyat Materials 7 Noyabr 2018 11:18 (UTC +04:00)
2018-ci il noyabrın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb.
Noyabrın 1-nə AÇG və "Şahdəniz" yataqları üzrə gəlirlər açıqlanıb

Bakı. Trend:

2018-ci il noyabrın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb.

Trend-in məlumatına görə, AÇG üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 136 782 mln. ABŞ dolları təşkil edib.

Bu ilin əvvəlindən noyabrın 1-dək AÇG yatağından 8 296 milyon dollar gəlir əldə olunub. "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 181 milyon dollar olub.

"Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 506 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti