...

Ziyad Səmədzadə: Azərbaycan banklarında faiz dərəcələri yüksəkdir

İqtisadiyyat Materials 13 Noyabr 2018 12:53 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün biz Azərbaycanda bankların fəaliyyətindən razı qala bilmərik. Banklarda faiz dərəcələri yüksəkdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, bir neçə ölkədə, eləcə də Azərbaycanda banklarda faiz dərəcələri yüksəkdir.

O qeyd edib ki, ölkə üzrə yerli bankların təklif etdiyi kreditlərin illik faiz dərəcələri yüksəkdir: “Faiz dərəcələri azaldılmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti