...

Amrahbank mükafata layiq görüldü

İqtisadiyyat Materials 24 Dekabr 2018 11:55 (UTC +04:00)
"Amrahbank" ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Bankçılıq mükafatları-2018” tədbirində iki nominasiya üzrə, o cümlədən “Korporativ Sosial Məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə mükafatlara layiq görülüb.
Amrahbank mükafata layiq görüldü

Bakı. Trend:

"Amrahbank" ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Bankçılıq mükafatları-2018” tədbirində iki nominasiya üzrə, o cümlədən “Korporativ Sosial Məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə mükafatlara layiq görülüb.

Mükafat ”Amrahbank”ın Biznesin İnkişafı Departamentinin Direktoru Şəfiqə Hacıyevaya təqdim edilib.

Ş.Hacıyeva deyib: "Artıq ikinci ildir ki, "Amrahbank" Azərbaycan Banklar Assosiasiyası tərəfindən eyni nominasiyalar üzrə mükafatlara layiq görülür. Bankımızın korporativ sosial məsuliyyət tədbirləri, o cümlədən ictimaiyyətdə mövcud problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaq, eləcə də təhsil dəstəkçisi olaraq gənclərin gələcək karyeralarında uğurlarının əldə edilməsi üçün Bankın peşəkar əməkdaşları tərəfindən təlimlərin keçirilməsi, müxtəlif təcrübə proqramlarının təşkili, müştərilərimiz, əməkdaşlarımız, strateji tərəfdaşlarımız, səhmdarlarımız ümumilikdə cəmiyyət qarşısında “Amrahbank”ın daşıdığı vəzifələrin əksidir. Biz daşıdığımız korporativ vəzifə və məsuliyyəti dərk edirik və bunları gerçəkləşdirmək, deyilənlərə əməl etmək işinə də sadiqik”.

Amrahbank: Sizə açıq və aydın bank!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti