...

KOBİA sahibkarlar üçün onlayn təlim təşkil edib (FOTO)

İqtisadiyyat Materials 31 Yanvar 2019 14:36 (UTC +04:00)
Yanvarın 31-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçirilib.
KOBİA sahibkarlar üçün onlayn təlim təşkil edib (FOTO)

Bakı. Trend:

Yanvarın 31-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, onlayn təlimə Bakı və paytaxt qəsəbələrində, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 800-dən çox mikro, kiçik və orta sahibkar qoşulub.

Gün ərzində davam edən onlayn təlim zamanı sahibkarlar Vergi Məcəlləsində mikro, kiçik və orta sahibkarlıqla bağlı son dəyişiklilər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Onlayn təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Mərkəzinin imkanlarından istifadə edilib. Ekspert qismində onlayn təlimə Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları cəlb olunub.

Ölkə regionlarında fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar istənilən yerdən təlimə birbaşa qoşulmaqla yanaşı, həmçinin onların təlimi izləməsi üçün Agentliyin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Gəncə və Yevlax rayonlarında olan “KOB Dostu” mərkəzlərində də müvafiq şərait yaradılıb.

Qeyd edək ki, onlayn təlim barədə sahibkarlar əvvəlcədən Agentliyin www.smb.gov.az saytı, “Facebook” səhifəsi və KİV vasitəsilə məlumatlandırılıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-ların müvafiq sahədəki qanunvericilik, dövlət dəstəyi mexanizmləri və güzəştlər, eləcə də sahibkarların digər sahələrdə təlim ehtiyaclarını nəzərə alaraq onlayn təlimləri mütəmadi olaraq davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti