...

COLAB. növbəti kovörkinq mərkəzini istifadəyə verdi (FOTO/VİDEO)

İqtisadiyyat Materials 1 Fevral 2019 11:00 (UTC +04:00)
COLAB. adlanan kovörkinq mərkəzləri şəbəkəsi yeni kovörkinq məkanını istifadəyə verib.
COLAB. növbəti kovörkinq mərkəzini istifadəyə verdi (FOTO/VİDEO)

Bakı. Trend:

COLAB. adlanan kovörkinq mərkəzləri şəbəkəsi yeni kovörkinq məkanını istifadəyə verib.

Bakının biznes əhəmiyyətli bölgəsində – Time Business Mərkəzinin daxilində 1000 kv. metrə qədər ərazini əhatə edən bu kovörkinq məkanı COLAB.-ın paytaxtımızda növbəti mərkəzidir.

Yeni mərkəzin açılış mərasimində COLAB. üzvləri, sahibkarlar, iş adamları, media nümayəndələri və mərkəzdən istifadə etmək arzusunda olan qonaqlar iştirak edirdi. Açılış mərasimi zamanı qonaqlara mərkəz və xidmətlər haqqında informasiya verildi, mərkəzdə fərdi turlar təşkil edildi, qonaqların dincəlməsi və şəbəkələşməsi üçün səmimi ab-hava yaradıldı, qeyri-rəsmi görüşlər təşkil edildi.

Bildiyimiz kimi, COLAB. kovörkinq mərkəzi individuallar və ya komandalar tərəfindən ümumi istifadədə olan ofis məkanıdır. Kovörkinq mərkəzində fəaliyyət göstərən şəxslər və ya komanda heyətləri ayrı-ayrı fəaliyyətlər ilə məşğul olsalar da, bir çox ortaq maraqlara sahibdirlər.

COLAB. kovörkinq mərkəzində yerləşməyin bir çox üstün tərəfləri var: icarə şərtləri olduqca sadədir, saatlıq, günlük və ya aylıq əsasla istifadə imkanları vardır, icarə adətən iştirakçı sayına görə hesablandığı üçün kiçik heyətlər üçün olduqca sərfəlidir, iş məkanı istifadəyə tam hazır, lazımi avadanlıqlar ilə təhciz edilmiş şəkildə təklif edilir.

COLAB. büdcəsinə qənaət etməklə yanaşı, iş məkanının prestijinə və komfortuna xüsusi diqqət yetirən fərdi fəaliyyət göstərən şəxslər, layihə qrupları və kiçik heyətli şirkətlər üçün arzuları əlçatan edir. İstənilən şəxs yalnız komputerini gətirməklə əsrarəngiz COLAB. iş mərkəzlərinin təklif etdiyi müxtəlif üzvlük paketlərindən və onlara daxil olan xidmətlərdən faydalana bilər.

Yeni istifadəyə verilən COLAB. kovörkinq mərkəzi genişliyi, gözoxşayan interyeri, rahatlığı və professional üslubu ilə fərqlənir. Mərkəz ümumilikdə üç hissədən: ümumi iş zallarından, şirkət heyətləri üçün ayrıca butik ofislərdən və görüşlərin keçirilməsi üçün geniş və izolyasiya olunmuş konfrans otaqlarından ibarətdir. Burada işdən müvəqqəti ayrılaraq dincəlmək, həmkarlar və ya digər üzvlər ilə şəbəkələşmək üçün ümumi istifadədə olan istirahət məkanları da nəzərdə tutulub. Mərkəz sürətli internet, resepşn, təhlükəsizlik kimi bir çox xidmətlər ilə təchiz edilib.

COLAB.-ın biznesin inkişafı üzrə meneceri Ayşan Quliyeva qeyd etdi ki, COLAB. dünyanın qabaqcıl şirkətlərinin ofislərinə xas standartları: yüksək infrastruktur, rahat interyer və s. özündə birləşdirir.

“Bütün COLAB. mərkəzlərinin erqonomikliyinə və üzvlərinin komfortuna xüsusi fikir verilir, daxili interyerdə dünyanın ən qabaqcıl mebel və dekorativ məhsullarından istifadə edilir. Bu da öz növbəsində mərkəzin istifadəçilərinin məhsuldar və effektiv çalışmasına töhfə verir”.

Qeyd edək ki, COLAB. ilk kovörkinq mərkəzi 2016-cı ildə məşhur Port Baku kompleksində istifadəyə verilib. Qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq mərkəz geniş sayda audotoriyanın diqqətini cəlb etməyi bacarıb, yüzlərlə üzvü öz ətrafında toplayıb. Şirkət fəaliyyətini regionlara da genişləndirərək, ötən ilin sonunda Şəki şəhərində ASAN həyat kompleksinin daxilində daha bir kovörkinq mərkəzini istifadəyə açıq elan edib.

COLAB. yalnız iş mərkəzi deyil, o həm də üzvlərini daim əməkdaşlığa, sosial əlaqələr qurmağa və yaradıcılığa ruhlandıran bir məkandır. Mərkəz üzvlərini bir araya gətirməklə, onlar arasında fikir və təcrübə mübadilələrinin aparılması, yeni biznes tərəfdaşlıqlarının başlaması, başqa sözlə sinerji yaranması üçün geniş şərait yaradır.

COLAB. haqqında daha ətraflı məlumatı (+994 50) 278-00-72 nömrəsinə zəng etməklə və ya aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz.

[email protected]

www.colab.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti