...

Bakı Ali Neft Məktəbi TT-Gate şirkətilə əməkdaşlığa başlayır

İqtisadiyyat Materials 1 Mart 2019 11:54 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) TT-Gate şirkəti ilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, TT-Gate şirkətinin direktoru Turqay Turhan və hər iki müəssisənin məsul əməkdaşları iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasımov görüş zamanı qonaqları salamlayaraq Bakı Ali Neft Məktəbi haqqında onlara ətraflı məlumat verib. Rektor bildirib ki, BANM-ı digər universitetlərdən fərqləndirən başlıca səbəblərdən biri onun şirkətlərlə sıx əməkdaşlıq etməsi və daim istehsalatın içində olmasıdır: "Məhz tanınmış transmilli şirkətlərlə olan partnyorluq əsasında bu gün BANM-da ABB, Scneider Electric, Emerson və s. kimi məhz həmin şirkətlər tərəfindən quraşdırılmış müasir laboratoriyalar fəaliyyət göstərir”.

TT-Gate şirkətinin direktoru Turqay Turhan rektoru Ali Məktəbin uğurlar və yüksək göstəriciləri münasibətilə təbrik edib. Ali Məktəblə əməkdaşlıq etməyə maraqlı olduqlarını bildirən Turhan qeyd edib ki, rəhbərlik etdiyi şirkətin vasitəsilə Ali Məktəbin bir qrup müəllim heyəti Türkiyədə İnformasiya təhlükəsiliyi və avtomatlaşdırma sahəsində təlim və seminarlar keçə, öz bilik və bacarıqlarını təcrübi tətbiq edə bilərlər.

Görüşdə həmçinin şirkətin Azərbaycanda işləyən, eləcə də periodik olaraq xaricdən Azərbaycana gələn profesional mütəxəssisləri tərəfindən Ali Məktəbin tələbələrinə praktiki seminarların keçirilməsi, həmçinin tələbələrin şirkətdə təcrübə keçməsi məsələləri müzakirə edilib. TT-Gate şirkəti həmçinin Ali Məktəbin tədris prosesində istifadə üçün proqram təminatı ilə təchiz edilməsinə də köməklik göstərəcək.

Qeyd edək ki, yüksək texnoloji avadanlıqların və xidmətlərin Azərbaycanda satışını həyata keçirməklə məşğul olan TT-Gate şirkəti Türkiyənin böyük şirkətlərindən biri olan və informasiya təhlükəsizliyi xidməti göstərən İnnovera şirkətinin bir qolu kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti