...

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib (FOTO)

İqtisadiyyat Materials 25 Aprel 2019 11:33 (UTC +04:00)
Moskvada IV Beynəlxalq "SKYSERVICE 2019" Forumu çərçivəsində nüfuzlu “Sky Travel Awards 2019” mükafatının təqdimetmə mərasimi keçirilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib (FOTO)

Bakı. Trend:

Aprelin 25-də Moskvada IV Beynəlxalq "SKYSERVICE 2019" Forumu çərçivəsində nüfuzlu “Sky Travel Awards 2019” mükafatının təqdimetmə mərasimi keçirilib. Heydər Əliyev Beynəlxalq Hava Limanı səyahətçi-bloqerlərin versiyası üzrə 10 milyondan az sərnişin axını ilə ən yaxşı aeroport seçilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bloqerlər bir neçə ay ərzində 10 aeroport, 6 biznes zal və 30 aeroport otellərini xidmət və komfort səviyyəsinə görə qiymətləndiriblər.

Bu il ekspert-bloqerlər İliya Voskresenski (@elivosk), Anton Sokolov (@tonych_inc) və Anastasiya Fedotova (@nastyaafed) olub.

Bloqerlərin hər biri 10 şəhəri ziyarət edib: Moskva, Sankt-Peterburq, Soçi, Yekaterinburq (Rusiya), Bakı (Azərbaycan), Nur-Sultan (əvvəlki Astana, Qazaxıstan), Tbilisi (Gürcüstan), Sofiya (Bolqarıstan), Buxarest (Rumıniya) və Vyana (Avstriya).

Bloqerlər təkcə komfort və xidmət səviyyəsini deyil, heç bir mükafatın qiymətləndirmədiyi digər aspektləri: əməkdaşların təbəssümü, oturacaqların rahatlığı, yemək seçiminin olması və s. qiymətləndiriblər.

Bu, Heydər Əliyev Beynəlxalq Hava Limanının bu il ərzindəki artıq ikinci mükafatıdır. Mart ayında paytaxt Bakının hava limanı Britaniya konsaltinq şirkəti “Skytrax”ın versiyası üzrə MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aeroport seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti