...

Buşehr AES fəaliyyətini bərpa edir

İqtisadiyyat Materials 28 Aprel 2019 13:51 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) fəaliyyətini bərpa edir.

Trend-in məlumatına görə, bunu İranın Buşehr AES-in istismarı şirkətinin icraçı direktoru Hüseyn Qəffari deyib.

Onun sözlərinə görə, stansiya əsaslı təmirlərdən və yanacağın yerləşdirilməsindən sonra sabah yenidən fəaliyyətə başlayacaq.

Buşehr AES fevraldan təmirlərə görə işini dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti