...

Azərbaycan və Türkmənistan gömrük orqanları təcrübə və məlumat mübadiləsini gücləndirəcək

İqtisadiyyat Materials 9 May 2019 15:31 (UTC +04:00)
Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Türkmənistan gömrük orqanları təcrübə və məlumat mübadiləsini gücləndirəcək

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-dən Trend-ə verilən məlumata görə, qonaqları səmimi salamlayan S.Mehdiyev iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.

Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində aparılan islahatlardan bəhs edib, tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərndə yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də səmərəli və işğüzar münasibətlərin qurulmasına önəm verir. Komitə sədri nəqliyyat-tranzit dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində Azərbaycanla-Türkmənistan arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, iki ölkənin gömrük orqanlarının qarşılıqlı olaraq qabaqcıl təcrübə və məlumat mübadiləsinini gücləndirəcəyinə əminliyini ifadə edib.

Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini D.Bayruyev ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Qonaq bugünkü görüşün də əlaqələrin möhkəmlənməsi, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilmsi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti