...

Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulur (FOTO)

İqtisadiyyat Materials 15 May 2019 13:47 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun torpaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib.

Hazırda yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri həyata keçirilir. Bunun üçün 450 min kv.m sahədə əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilir. Yol boyu əsasın alt layının tikintisi demək olar ki, yekunlaşıb. Yolun 24 km-lik hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılaraq asfaltlanma işlərinə başlanılıb.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü inşa edilib. Hazırda yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilir. Babaçay üzərindən salınan krpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilir.

Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişi həm də Quba rayonunda turizm imkanlarını genişləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti