...

“İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib (FOTO)

İqtisadiyyat Materials 23 May 2019 17:52 (UTC +04:00)
"Vafa Dermatologiya və Estetika Klinikası"nın təşəbbüsü və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyasının dəstəyi ilə “İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib.
“İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib (FOTO)

Bakı. Trend:

Mayın 21-də ölkəmizdə fəaliyyət göstərən "Vafa Dermatologiya və Estetika Klinikası"nın təşəbbüsü və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyasının dəstəyi ilə assosiasiya üzvü olan sahibkar qadınları bir araya gətirərək “İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib.

Klinikanın baş həkimi, Almaniyada təhsil almış dermakosmetoloq Vəfa Cəlilova uzun illərdir ki, ölkəmizdə bu sahədə fəaliyyət göstərir və peşəkar işləri, pasientləri üzərində uğurlu nəticələri ilə hər zaman seçilir.

Qeyd edək ki, "Vafa Dermatologiya və Estetika Klinikası" Azərbaycanda fəaliyyət göstərən ilk özəl dermatoloji klinikadır.

Klinika 2019-cu ilin ilk rübündən etibarən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyasına qoşulan üzv şirkətlərindən biri kimi assosiasiyanın üzvləri üçün dermatologiya və kosmetologiya sahəsində maariflənməni və bir sıra seminarların, master-klassların keçirilməsini planlaşdırır.

“İllər Sizi Dəyişməsin” layihəsinin məqsədi qadınlara kiçik toxunuşlarla xoş görünüşlərin əldə olunması, dermatologiya və kosmetologiya sahəsinin ən yeni texnologiyalarını göstərmək və 5 gənc xanıma bu sahənin öyrədilməsində dəstək olmaqla onları sertifikatlandırıb daimi iş yerləri ilə təmin etməkdir.

Eyni zamanda layihənin davamı olaraq bu texnoloji avandanlıqlarla Bakıda və regionlarda ehtiyacı olan xanımlar üçün sosial məqsədli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti