...

Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb

İqtisadiyyat Materials 28 May 2019 17:22 (UTC +04:00)
Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.
Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb

Bakı. Samir Əli - Trend:

Sabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun "Q.Qarayev" stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti