...

Rusiya və Yaponiya arasında vizasız rejim təklif edildi

İqtisadiyyat Materials 31 May 2019 09:42 (UTC +04:00)
Moskva Tokioya tam vizasız rejimə keçməyi təklif edib.
Rusiya və Yaponiya arasında vizasız rejim təklif edildi

Bakı. Trend:

Moskva Tokioya tam vizasız rejimə keçməyi təklif edib.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaponiyalı həmkarı Taro Kono ilə görüşdən sonra bildirib.

Rusiyalı nazir deyib: "Bu gün Yaponiyaya Rusiyanın çoxdan təklif etdiyi vizasız rejimə keçidlə bağlı fikrini bir daha xatırlatdıq. Vizasız rejim istər işgüzar, istərsə də turist səfərlərinə aid edilə biləcək. Ümid edirik ki, bizim bu təklifimiz istiqamətində müzakirələr və dialoq davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti