...

Amrahbank faiz gəlirlərini 5 dəfədən çox artırıb

İqtisadiyyat Materials 27 İyun 2019 13:44 (UTC +04:00)
Amrahbank ASC 2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində müsbət nəticələrə nail olub.
Amrahbank faiz gəlirlərini 5 dəfədən çox artırıb

Bakı. Trend:

Amrahbank ASC ilk öncə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edir və bildirir ki, 26 ildir Azərbaycan maliyyə bazarında uğurla fəaliyyət göstərən Amrahbank ASC 2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində müsbət nəticələrə nail olub.

Belə ki, 2019-cu ilin 5 ayı ərzində Amrahbank ASC-nin faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə 3,2 dəfədən çox artaraq 10 milyon 488 min manat təşkil edib. Əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon 104 min manatdan çox olub. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya gəlirləri isə ötən ilin 5 ayı ilə müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil edib.

2019-cu ilin 5 ayı ərzində Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə müqayisədə 9 milyon 938 min manat artaraq, 2019-cu ilin 5 ayında 119 milyon 492 min manat təşkil edib.

Hər bir bankda olduğu kimi “Amrahbank”ın fəaliyyətində də müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, 2019-cu ilin 5 ayı ərzində “Amrahbank”ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunub. 2019-cu ilin 5 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti