...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqə elan edir

İqtisadiyyat Materials 25 İyun 2019 13:00 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “Günəşli” yedək gəmisinin tərsanə təmiri işlərinin satın alınması məqsədilə açıq müsabiqə elan edir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq müsabiqə elan edir

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
“Günəşli” yedək gəmisinin tərsanə təmiri işlərinin satın alınması məqsədilə açıq müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 05 iyul 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 11 iyul 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərflər 12 iyul 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti