...

Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiya yatırıb

İqtisadiyyat Materials 16 İyul 2019 13:50 (UTC +04:00)
Bu gün üçün Əfqanıstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,5 milyon dollar təşkil edir.
Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiya yatırıb

Bakı. Mətanət Nəsibova - Trend:

Bu gün üçün Əfqanıstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,5 milyon dollar təşkil edir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasında deyib.

Nazir müavininin sözlərinə görə, Əfqanıstanın ölkəmizdə investisiya yatırdığı əsas sahələr sənaye, tikinti, nəqliyyat və tranzit sahələridir: "Əfqanıstanda Azərbaycanın təcrübəsi "Asan Xidmət" brendi altında tətbiq olunur. Hazırda biz Azərbaycan sahibkarlarının Əfqanıstanda daha geniş layihələrin icrasında iştirakını təmin etməyi düşünürük".

S.Məmmədov əlavə edib ki, bu, tikinti və infrastrukturla bağlı layihələr ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti