...

Daha 2 rayonda qaz olmayacaq

İqtisadiyyat Materials 23 İyul 2019 10:28 (UTC +04:00)
Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb.
Daha 2 rayonda qaz olmayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb.

Bu barədə Trend “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Saat 10.00-dan təmir işləri başa çatanadək Ağstafa rayonunda bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Samux rayonunda da orta təzyiqli yeraltı qaz xəttinin yenidənqurulması məqsədilə bir qrup abonentin qaz təchizatı saat 11.00-dan dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti