...

Kombaynla xətti qırdılar - Qaz kəsildi (FOTO)

İqtisadiyyat Materials 15 Oktyabr 2019 16:29 (UTC +04:00)
Diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər.
Kombaynla xətti qırdılar - Qaz kəsildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Tərtərin Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, belə ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər.

Hadisə zamanı kəmərdə qaz sızması baş verib. Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti