...

“Amrahbank”ın faiz gəlirləri 45,3 faiz artıb

İqtisadiyyat Materials 4 Noyabr 2019 13:48 (UTC +04:00)
“Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
“Amrahbank”ın faiz gəlirləri 45,3 faiz artıb

Trend-i buradan izləyin

Bakı. Trend:

“Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, 2019-cu ilin 3-cü rübünün sonuna “Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 mln. 710 min manat və ya 45.3 faiz artaraq 8,7 milyon manat təşkil edib.

Bankın depozit portfelində də artım var. 30 sentyabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər 163 mln 390 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 mln. manat və ya 1.17 faiz çox deməkdir.

30 sentyabr 2019-cu ilin sonuna olan məlumata görə, “Amrahbank”ın kredit portfeli 100 mln. 226 min manat təşkil edib.

Amrahbank: Sizə açıq və aydın bank!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti