Bakı. Nərgiz Sadıxova - Trend:
Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Yol infrastrukturunun keyfiyyəti” göstəricisində 141 ölkə arasında 27-ci yeri tutub.
Trend-in məlumatına görə, Azərbaycan bu göstəricidə Türkiyə (31-ci yer), Böyük Britaniya (36-cı yer), Litva (39-cu yer), İtaliya (53-ci yer) kimi ölkələri qabaqlayıb.
Bu reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb.