• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat

Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir – Türkiyə Ticarət Müşaviri

7 Noyabr 2019 13:51 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycanda türk iş adamlarının sərmayə qoyması, Türkiyənin bir vilayətindən gedib başqa bir vilayətində sərmayə qoymaq kimi asandır.

Türkiyə səfirliyinin ticarət müşaviri Ahmet Atakər Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Bakı ofisi və MÜSİAD İzmir heyətinin qəbulu zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif sektorlarına investisiya qoyan xeyli türkiyəli sərmayəçi var və onlar bu sərmayəçi sayının artmasında maraqlıdırlar ki, hər iki ölkə bu investisiyalardan çox fayda əldə etsin:

“Əsas hədəflərdən biri də odur ki, Azərbaycanın sahib olduğu imkanlardan türkiyəli sərmayəçilər, Türkiyənin sahib olduğu imkanlardan isə azərbaycanlı sərmayəçilər faydalansın. Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir və bu Bakıya gələn bütün türk iş adamlarına bildirilir. Bizim dilimiz, dinimiz, yaşayış və mədəniyyətimiz eynidir. Azərbaycanda türk iş adamlarının sərmayə qoyması, Türkiyənin bir vilayətindən gedib başqa bir vilayətində sərmayə qoymaq kimi asandır".

A.Atakərin sözlərinə görə, analoji halı Türkiyədə sərmayə qoyan azərbaycanlı iş adamları üçün də söyləmək olar:

"Baxmayaraq ki son aylar Türkiyə iqtisadiyyatı ciddi xarici təzyiqə məruz qalıb, dövlət olaraq bütün bu çətinliklərin öhdəsindən gələ bilmişik. Azərbaycan və Türkiyə Çinlə Avropa arasında olan yeni İpək yolunun tam mərkəzində yerləşir. Çindən başlayaraq Avropaya gedən dəmir yolu Azərbaycan və Türkiyə üzərindən keçir və hər iki ölkə bu mənada çox önəmlidir. Bütün bunlarla yanaşı, Azərbaycan enerji qaynaqlarının mərkəzidir.

Müşavir onu da əlavə edib ki, Azərbaycan, eyni zamanda logistik əhəmiyyətə də sahib bir ölkədir:

"Digər türk dilli ölkələrdən fərqli olaraq Azərbaycan türkiyəli podratçıların daha çox və aktiv fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda bir sıra texnologiya parkları təsis olunur ki, bu parklarda sərmayə qoyanlara müxtəlif güzəştlər tətbiq olunur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Türkiyə
Digər xəbərlər
Türkiyədə 5 PKK terrorçusu zərərsizləşdirilib
Dünya xəbərləri 8 Dekabr 01:12
Türkiyədə 18 ton sianid müsadirə edilib
Dünya xəbərləri 6 Dekabr 16:19
İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)
İqtisadiyyat 6 Dekabr 13:40
5 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrinə təslim olub
Dünya xəbərləri 5 Dekabr 06:33
Stoltenberq: Türkiyə olmasa...
Dünya xəbərləri 4 Dekabr 14:21
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb (VİDEO)
İqtisadiyyat 4 Dekabr 11:35
Xəbər lenti
"WhatsApp"da daha bir yeni funksiya
Dünya xəbərləri 06:39
Tokionun şimalında Yapon-Amerika komanda-qərərgah təlimləri başlayıb
Dünya xəbərləri 05:58
Dehlidə 43 qurbanı olan yanğının səbəbi qısa qapanma olub
Dünya xəbərləri 05:15
Meksikanın mərkəzində atışma qurbanlarının sayı 5-ə çatdı
Dünya xəbərləri 04:31
Finlandiya sənayesi tətilə başlayır
Dünya xəbərləri 03:43
Uqandanın qərbində daşqın qurbanlarının sayı 22-ə çatdı
Dünya xəbərləri 02:55
Keniyada bina çökdü, ölənlər var
Dünya xəbərləri 02:07
Xalq artisti Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub
Mədəniyyət 01:17
CAR-da mədəndə qəza nəticəsində 4 fəhlə öldü
Dünya xəbərləri 00:32
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri